|
|
Sadəcə 150 manat ödəməklə əmlakı 100,000 manat dəyərində sığortalamaq mümkündür
25 aprel, 2008-ci il. Bakı. "Hər kəsin sığorta şirkəti olmağı" hədəfləyən "Qarant Sığorta" Şirkəti fərdi müştərilər üçün unikal "Qarant Ev" əmlak sığorta proqramını təqdim edir. Əmlak sahibləri yalnız 150 manat ödəməklə əmlak sığorta şəhadətnaməsi əldə edə bilərlər. Bu şəhadətnamə evlərin yanğın və partlayışdan 100 min manat, üçüncü şəxsin qarşısında məsuliyyət üzrə isə 10 min manat dəyərində sığortalanması deməkdir.
"Bu məhsulu hazırlamazdan əvvəl əməkdaşlarımızın keçirdiyi sorğu və bazar araşdırmaları göstərdi ki, insanlar rahat və operativ şəkildə mənzillərinin yanğın və partlayışdan sığortalanmasını istəyir. Bizdə onlar üçün bu məhsulu təklif edirik. Azərbaycan sığorta bazarı üçün yenilik olan bu məhsulun qısa zaman ərzində kifayət qədər rezonans doğuracağına inanıram", -deyə "Qarant Sığorta" Şirkətinin İdarə heyətinin sədri Vaqif Həsənov bildirib.
"Qarant Ev" əmlak sığorta proqramının üstünlüklərindən biri də sığortalanma prosesinin maksimum sadə və operativ keçirilməsidir. Bunun üçün sığortalanan mənzilə baxış belə keçirilmir.
Xatırladaq ki, "Qarant Sığorta" Şirkəti 27 noyabr 2007-ci il tarixində qeydiyyatdan keçsə də faktiki fəaliyyətə 2008-ci ilin əvvəlində başlayıb. Şirkətin nizamnamə kapitalının həcmi 4 milyon manatdır.
ISO 9001-2008 Certified
e-mail: office@qarant.az
© 2007—2008 Qarant Sığorta
|
|